Emil Balayev qərarını açıqlayıb

Milli komandamızın qapıçısı Emil Balayev karyerası ilə bağlı qərarını açıqlayıb. 

Sportline.az xəbər verir ki, sports.kz saytına danışan 25 yaşlı futbolçu, müqaviləsinin sonuna qədər Kostanay təmsilçisində qalacağını deyib: "Tobol"da qalıram. Klubumla hələ bir illik müqaviləm var".

Qeyd edək ki, E.Balayev Qazaxıstan Premyer Liqasının başa çatan mövsümündə 31 oyunda  22 qol buraxıb. 18 oyunda qapısını toxunulmaz saxlayan qapıçı mövsümün rəmzi komandasına düşüb.