Emil Balayev rəmzi komandada

Qazaxıstan Premyer Liqasında XXXII turun rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ən yaxşı "11-liy"də yer alıb.

"Tobol" ötən tur doğma meydanda çempion "Astana"ya 0:1 hesabı ilə məğlub olsa da, həmkarlarımız Balayevin bir neçə dəfə komandasını real qoldan xilas etməsini qiymətləndiriblər. "Tobol"dan rəmzi komandaya düşən yeganə oyunçu məhz Emil olub.

Qeyd edək ki, "Tobol" çempionatda sona bir tur qalmış 4-cü pillədədir.