Emil Balayevdən 339 dəqiqəlik uğurlu çıxış

Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev Premyer Liqada qapısından 339 dəqiqədir ki, top buraxmır.

Sportline.az Kazfootball.kz saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperi 277 dəqiqəlik göstərici ilə “Kayrat”ın qapıçısı Stas Pokatilov izləyir.

Emil bu mövsüm Qazaxıstan çempionatında ən uzun quru seriyaya malik qapıçıdır. O, daha öncə 683 dəqiqə qapısını toxunulmaz saxlamışdı.