Emil Balayevin inamlı çıxışı "Tobol"u lider etdi

Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Atırau" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Emil bu dəfə də 90 dəqiqə meydanda olub.

Bu qələbə ilə xalını 42-ə çatdıran  "Tobol" yenidən liderliyə yüksəlib. "Astana" 41 xalla 2-cidir.