Emil Balayevin kobud səhvi komandasının qələbəsinə mane olmayıb

Millimizin qolkiperi Emil Balayevin şərəfini qoruduğu "Tobol" Qazaxıstan Premyer Liqasının 4-cü turunda "Aktobe"ni qəqul edib.

Sportline.az xəbər verir ki, oyun Emil Balayev komandası 2:1 hesabı ilə qalib gəlib. Bu oyunda da "Tobol"un qapısını futbolçumuz qoruyub.

25 yaşlı qapıçı 89-cu dəqiqədə - hesab 2:0 "Tobol"un xeyirinə olarkən kobud səhv edib. Nəticədə hesab 2:1 olub.

Qeyd edək ki, "Tobol" 4 turdan sonra maksimum nəticə ilə 2-ci yerdədir. Yarış cədvəlinin lideri isə eyni 12 xalla "Astana"dır.