Emil Balayevin komandadan ayrılacağı gözlənilir

Vesti.kz saytı Qazaxıstan Premyer Liqasında 2019-cu ilin ən yaxşı futbolçusu adına namizədləri müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, namizədlər sırasında "Tobol"da çıxış edən millimizin üzvü Emil Balayev də yer alıb.

25 yaşlı qolkiperin başa çatan mövsümdə uğurlu çıxışı haqda məlumat verilib, onunla xarici klubların maraqlandığı vurğulanıb. Millimizin oyunçusunun böyük ehtimalla Kostanay təmsilçisini tərk edəcəyi bildirilib: "Azərbaycan millisinin əsas qapıçısı müdafiənin yaxşı qurulduğu komandada idi. Bu, Emilə cari mövsüm 18 matç qapısını toxunulmaz saxlamasına kömək etdi. O, həqiqətən də alman təcrübəsi ilə güclənən qapıçı istedadını ("Ayntraxt"da ehtiyat qapıçı idi-red) göstərdi. "Tobol"un futbolçusu ilə xarici klubların maraqlanması əbəs yerə deyil və böyük ehtimal var ki, o, klubu tərk edəcək".

Qeyd edək ki,  E. Balayevin komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Qazaxıstan klubundan ayrılacağı iddia olunur.