Emil Balayevin komandası ardıcıl 4-cü dəfə xal itirdi

Qazaxıstan çempionatında 31-ci turun oyunlarına yekun vurulub.

Sportline.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə  "Kaysar"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Tobol" hazırda 60 xalla 12 komanda 3-cü pillədə qərarlaşıb.