Emil Balayevin komandası belə qalib gəldi

Qazaxıstan çempionatında 22-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” səfərdə “İrtış”la qarşılaşıb.

"Tobol"un  2:0 hesabı ilə qalib gəldiyi oyuna start heyətdə çıxan Emil, sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Tobol” hazırda 45 xalla 12 komanda arasında 1-ci yerdədir.