Emil Balayevin komandası kuboka 1 addım da yaxınlaşdı

Qazaxıstanın "Tobol" komandasında oynayan Emil Balayevdən xəbər var.

Sportline.az xəbər verir ki, millimizin üzvü ölkə kuboku turnirinin yarımfinalında ilk oyuna çıxıb. İlk 11-likdə meydana çıxan və 90 dəqiqə mübarizə aparan Balayevin klubu doğma meydanda "Kaysar"ı qəbul edib.

Qarşılaşmada "Tobol" komandası minimal hesablı qələbəyə sevinib. Yarımfinalın revanş görüşü iyunun 19-da olacaq.