Emil Balayevin komandası liderlər qrupunda

Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" bu tur evdə "Okjetpes"lə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Start heyətdə meydana çıxan Emil qapısını toxunulmaz saxlaya bilib.

Qeyd edək ki, "Astana"nın uduzmasından sonra "Tobol" bu qələbə sayəsində liderlə xallarının sayını bərabərləşdirib. Hazırda hər iki komandanın 35 xalı var.