Emil Balayevin komandası mərhələ keçdi

Qazaxıstan kubokunda mübarizə davam edir.

Sportline.az xəbər verir ki, 1/8 final mərhələsində Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Tobol” I Liqa təmsilçisi “Aksu”nun qonağı olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. Emil Balayevin meydana çıxmadığı oyunda qalib gələn “Tobol” 1/4 finala yüksəlib.