Emil Balayevin komandası yarımfinalda

Millimizin üzvü Emil Balayevin mübarizə apardığı "Tobol" komandası Qazaxıstankubokunda yarımfinala vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, 1/4 finalda "Kayrat" klubunu 5:1 hesabı ilə məğlub edən “Tobol" həlledici görüşün bir addımlığındadır. Balayev görüşə “ilk 11-lik”də başlayıb və 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Tobol" ölkə çempionatında 9turdan sonra 20 xalla ikinci pillədə qərarlaşıb. Bir oyun artıq keçirən "Astana" isə 25 xalla yarış cədvəlinin lideridir.