Emil Balayevin komandasından çətin qələbə
Qazaxıstan Premyer Liqasında mübarizə davam edir.
Sportline.az xəbər verir ki, çempionatın 3-cü turunda Azərbaycan millisinin üzvü Emil Balayevin şərəfini qoruduğu "Tobol" səfərdə Karaqanda “Şaxtyor”u ilə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşə start heyətdə çıxan Emil Balayev sonadək oynayıb. 24 yaşlı qapıçı bir neçə dəfə komandasını qoldan xilas edib.
Qeyd edək ki, "Tobol", "Astana" və "Kayrat" 3 turdan sonra 9 xalla ilk üçlükdə qərarlaşıb.