Emil Balayevin komandasından növbəti qələbə

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan "Tobol"unun heyətində Premyer Liqada növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Kostanay təmsilçisi XIV turda səfərdə "Aktobe" ilə üz-üzə gəlib. Görüş "Tobol"un qələbəsi ilə yekunlaşıb - 1:0. 25 yaşlı qolkiper sonadək meydanda olub.

Qeyd edək ki, bu qələbədən sonra "Tobol" 32 xalla "Astana" ilə birgə ilk 2 yeri bölüşür. Amma 1-ci pillədəki "Astana" 14 yox, 15 oyun keçirib.