Emil Balayev qapısını toxunulmaz saxladı

Azərbaycan millisinin üzvü Emil Balayev Qazaxıstanın "Tobol" klubunun heyətində növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, 25 yaşlı qapıçı Qazaxıstan çempionatının 6-cı turunda "Jetısu" komandasını qəbul edib. Oyuna "ilk 11-lik"də başlayan Balayev sonadək mübarizə aparıb. İnamla çıxış edən futbolçumuz qapısını toxunulmaz saxlayıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

İlk 5 turun hamısından qalib ayrılan "Tobol" bu dəfə xal itirərək 16 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinin lideri isə 7 oyundan 19 xalla ayrılan "Astana"dır.