Emil Balayevin növbəti uğuru

Milli komandamızın və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan çempionatının 13-cü turunda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, penaltini zərərsizləşdirməklə komandasını real qoldan xilas edən Balayev, “Instat”ın təhlilinə görə hamının qabaqlayıb. Onun çıxışı 313 xalla qiymətləndirilib. Balayevin komanda yoldaşları - Baurjan Turısbek (285) 2-ci, Ruslan Valiullin (275) 3-cü olub.

Qeyd edək ki, Balayev artıq bu mövsüm 4-cü dəfədir ən yaxşı 3-lükdə yer alır.