Emil Balayevin növbəti uğuru

Milli komandamızın və "Tobol"un qapıçısı Emil Balayev, Qazaxıstan Premyer Liqasının 26-cı turunda “Okjetpes”lə görüşün (1:0) ən yaxşı futbolçuları arasında yer alıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Instat”ın təhlilinə əsasən, indeks balı 263 olub.

Matçın ən yaxşısı isə Jaba Kankava seçilib.

Emil Balayev, bu oyunda komandasını bir dəfə 100 faizli qol epizodunda xilas edib.

Azərbaycan millisinin üzvü 519 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır.