Emin Ağayev "Səbail"də
"Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevin köməkçilərindən biri müəyyənləşib.
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayev paytaxt klubunda çalışacaq.
Qeyd edək ki, 1994 – 2005-ci illərdə Azərbaycan millisinin formasını geyinən 45 yaşlı mütəxəssis hazırda Rusiyada yaşayır. O, məşqçi karyerası ərzində Rusiyanın "Dağdizel”, Tver "Volqa”sı və "Ximki” komandalarına rəhbərlik edib.