Emin Mahmudov: "Uğurlar, kapitan, dostum, qardaşım"

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Ruslan Abışovun komandadan ayrılmasına münasibət bildirib.

Sportline.az xəbər verir ki, şəxsi sosial şəbəkə səhifəsində bununla bağlı təəssüratlarını bölüşən Mahmudov 31 yaşlı müdafiəçinin paytaxt klubundan gedişinə təəssüfləndiyini dilə gətirib:

“Sağ ol, kapitan! “Neftçi”yə gəldiyim ilk gündən hər şeydə mənə kömək etdiyin üçün sənə minnətdaram. Təəssüf ki, yaxın dostlarımdan daha biri komandadan gedir. Sənsiz darıxdırıcı olacaq. Təəssüf ki, zədən bizə mövsümü birlikdə keçirməyə imkan vermədi. Amma əminəm ki, gələcəkdə səndə hər şey alınacaq. Çünki Azərbaycan futbolunda sənin kimi peşəkar oyunçu yoxdur! 

Uğurlar, kapitan, dostum, qardaşım!”.

Qeyd edək ki, Ruslan bu gün “Neftçi” ilə yolları ayırıb.