Emin Mahmudovun qolu tarixə düşdü
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Uypeşt" görüşü əlamətdar qolla yadda qalıb. SportLine.az xəbər verir ki, Emin Mahmudovun oyunun əsas vaxtına əlavə edilən dəqiqələrində vurduğu qol Azərbaycan təmsilçilərinin avrokuboklarda 200-cü qolu kimi tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan 1994-cü ildə UEFA yarışlarında təmsil olunur.