Ən çox qazanan klubların siyahısı açıqlandı

2018-19 mövsümündə Çempionlar Liqasına qatılan komandaların gəlirləri açıqlanıb.

Sportline.az xəbər verir ki, UEFA ÇL və Avropa Superkuboku üçün klublara 1 milyard 976 milyon avro ödəyib. Bu isə bir mövsüm əvvəlkindən 564 milyon avro çoxdur.

Ötən mövsüm UEFA-dan ən çox gəlir qazanan komanda yarımfinalçı "Barselona" olub. Kataloniya klubu büdcəsinə 117,7 milyon avro əlavə edib. ÇL-in qalibi "Liverpul" 111 milyon 900 min avro qazanıb. Digər finalçı "Tottenhem"in gəliri isə 101,6 milyon avro təşkil edib.

Bu baxımdan növbəti yerləri müvafiq olaraq "Yuventus" (95,5 milyon), "Mançester Yunayted" (93,4 milyon), "Mançester Siti" (93,2 milyon), PSJ (85,8 milyon), "Atletiko" (85,6 milyon), "Real" (85,3 milyon) və "Bavariya" (82,8 milyon) tutur.