Ən yaxşı 10 futbolçu

FİFA 2018-2019 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

Sportline.az xəbər verir ki, 10 nəfərlik siyahıda Çempionlar Liqasının son qalibi "Liverpul"dan 3, "Barselona" və "Yuventus"dan 2, "Real", PSJ və "Tottenhem"dən isə 1 futbolçu yer alıb:

Kriştianu Ronaldo, Matteys de Liqt (hər ikisi "Yuventus"), Lionel Messi və Frenki de Yonq (hər ikisi "Barselona"), Harri Keyn ("Tottenhem"), Eden Hazard ("Real"), Kilian Mbappe (PSJ), Sadio Mane, Məhəmməd Salah və Vircil van Deyk (hər üçü "Liverpul").

Qeyd edək ki, mövsümün futbolçusu ekspertlərdən ibarət xüsusi komissiya, internet istifadəçiləri, idman jurnalistləri, habelə milli komandaların məşqçiləri və kapitanlarının səsverməsi əsasında seçiləcək. Qalibin adı sentyabrın 23-də Milanda keçiriləcək tədbirdə açıqlanacaq.