"Ən yaxşı" adına namizədlər açıqlandı

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

Sportline.az xəbər verir ki, "The Best” mükafatına Çempionlar Liqasının sonuncu qalibi, "Liverpul”un almaniyalı baş məçqçisi Yurgen Klopp, həlledici matçda uduzan "Tottenhem”in argentinalı çalışdırıcısı Maurisio Poçettino və İngiltərə Premyer Liqasında I yeri tutan "Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Xosep Qvardiola namizəd göstərilib.

Qeyd edək ki, qalibin adı sentyabrın 23-də İtaliyanın Milan şəhərində açıqlanacaq.