Ən yaxşı baş məşqçi Roman Qriqorçuk olub

Qazaxıstanın "Astana" komandasının baş məşqçisi Roman Qriqorçuk ölkə çempionatında mart ayının ən yaxşı baş məşqçisi seçilib.

Sportline.az xəbər verir ki, ukraynalı mütəxəssis Qazaxıstan Peşəkar Futbol Liqasının apardığı sorğuda birinci olub. Premyer Liqa baş məşqçilərinin qatıldığı sorğunun nəticəsində Qriqorçuk lider olub. İkinci yerdə isə "Tobol"un çalışdırıcısı Vladimir Qazzayev qərarlaşıb.

Qeyd edək ki, Roman Qriqorçuk "Astana"dan əvvəl "Qəbələ"ni çalışdırıb.