Ən yaxşı futbolçu bəlli oldu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermədə 48% səs toplayan "Mançester Yunayted"in qapıçısı David De Xea hamını qabaqlayıb.

Villian ("Çelsi") ikinci, Tomas Müller ("Bavariya") isə üçüncü olub.

Qeyd edək ki, De Xea 1/8 final mərhələsi çərçivəsində "Sevilya" ilə görüşdə bir neçə "seyv"lə yadda qalıb.