Ən yaxşı göstərici Ramil Şeydayevdə

Avro-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların performans göstəriciləri açıqlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri arasında ən yuxarı indeksə Ramil Şeydayev malikdir. 587 xalı olan  23 yaşlı hücumçu ümumi sıralamada 171-cidir. Riçard Almeyda millinin ikincisidir. O, 486 xalla 239-cu sırada qərarlaşıb.  Bəhlul Mustafazadə isə millinin 3-cü ən yaxşı futbolçusudur. 22 yaşlı müdafiəçi 461 xalla 261-cidir.
 
Qeyd edək ki, ümumi siyahının ilk pilləsində 2541 xalla Hollandiya millisinin futbolçusu Memfis Depay yer alıb.