Ən yaxşı klublar: "Real" liderdir

UEFA 1995-2019-cu illər ərzində Çempionlar Liqasında iştirak edən klubların reytinqini yayımlayıb.

Sportline.az xəbər verir ki, siyahı turnirdə iştirak sayı, qələbə, heç-heçə, məğlubiyyət və top fərqinə görə hazırlanıb. 

Siyahıya "Real" başçılıq edir. Madrid klubunu "Bavariya" və "Barselona" izləyir.

Türk klublarından ən yaxşı göstəriciyə "Qalatasaray" sahibdir. İstanbul klubu 22-ci pillədə qərarlaşıb. "Fənərbağça" 46-cı, "Beşiktaş" 55-ci olub.