"Ən yaxşı" Messi seçildi

DÇ-2018-in 3-cü turu çərçivəsində keçirilən Nigeriya - Argentina duelinin ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisinin lideri - Lionel Messi matçın ən yaxşısı olub.

Qeyd edək ki, Argentinanın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə L.Messi ilk qolu vurub.