"Ən yaxşı qapıçı" üçün "Lev Yaşin" mükafatı

"France Football" ilin ən yaxşı qapıçısına "Lev Yashin" mükafatı təqdim olunacaq.

Sportline.az xəbər verir ki, SSRİ-nin keçmiş qapıçısının adına təsis edilən mükfata namizədlər oktyabrın 21-i açıqlanacaq. 

"Qızıl Top" mükafatına da namizədlər oktyabrın 21-i açıqlanacaq. Qaliblərin adı dekabrın 2-də Parisdəki "Şalte" teatrında açıqlanacaq.

Moskvanın "Dinamo" klubunun sabiq qapıçısı "Qızıl Top" mükafatını qazanan yeganə qolkiperdir. Yaşin 1963-cü ildə bu mükafatı qazanmışdı.