"Ən yaxşı" Salah oldu
Məhəmməd Salah Afrika qitəsinin ən yaxşı futbolçusu elan olunub.
SportLine.az xəbər verir ki, Seneqalın paytaxtı Dakar şəhərində təşkil olunan mərasimdə Misir millisinin və "Liverpul"un hücumçusu "İlin ən yaxşı futbolçusu" adına layiq görülüb. O, mükafat uğrunda mübarizədə seneqallı həmklubu Sadio Mane və "Arsenal"ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanqı qabaqlayıb.
26 yaşlı Salah ardıcıl ikinci il Afrikanın ən yaxşı futbolçusu üçün mükafata layiq görülür. Mane və Obameyanq isə ötən il də ilk "üçlüy"ə daxil idi.
Qeyd edək ki, Məhəmməd Salah 2018-ci ildə 36 oyuna 32 qol vurmaqla İngiltərə Premyer Liqasının bombardiri olub. Cari mövsümdə o, 13 qolla bombardirlər yarışında üçüncü yerdə qərarlaşıb.