"Energetik"in prezidenti dəyişdi

Region Liqasında mübarizə apran Mingəçevirin "Energetik" komandasında yeni təyinat yaşanıb. SportLine.az xəbər verir ki, klubun prezidenti vəzifəsinə Ruslan Həmidov gətirilib.

32 yaşlı R.Həmidov vaxtı ilə "Ulduz", "Energetik", "Ədliyyə" və "Şəmkir" komandalarında çıxış edib.

Qeyd edək ki, daha öncə bu vəzifəni icra edən Elbrus İsmayılov, bundan sonra yeni prezidentin köməkçisi vəzifəsində çalışacaq.