Enrikenin əvəzinə Alleqri?

"Çelsi" baş məşqçisi Antonio Konteyə əvəzləyici axtarır.

SportLine.az "Star"a istinadən xəbər verir ki, "zadəganlar" "Barselona"nın sabiq çalışdırıcısı Luis Enrike ilə danışıqlara başlamaq niyyətindədirlər. London klubu cari mövsümün sonunda ispaniyalı mütəxəssislə müqavilə imzalamaq istəyir.

L.Enrike ilə razılıq əldə olunmasa, Premyer Liqa klubunun "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə yayılan xəbərlərdə "Çelsi"nin L.Enikenin meneceri ilə ilkin razılıq əldə etdiyi deyilirdi.