Ərəblər daha bir İngiltərə klubunu aldılar

Birləşmiş Ərəb Əmirliklərinin “East Street Investments” şirkəti İngiltərənin “Çarlton” klubunun səhmlərinə yiyələnib.

Sportline.az xəbər verir ki, London təmsilçisinin sahibi Rolan Dyşatele klubu satmağa qərar verib. Yeni şirkətin kluba böyük yatırımlar edəcəyi gözlənilir.

Çempionşipdə mübarizə aparan “Çarlton” 1905-ci ildə yaradılıb.