Erik ten Haq "Ayaks"da qaldı

"Ayaks" baş məşqçisi Erik ten Haqla yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, hollandiyalı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, ten Haq 2017-ci ildən "Ayaks"ı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm Hollandiya çempionu olub və ölkə kubokunu qazanıb. "Ayaks" Çempionlar Liqasında isə yarımfinala kimi yüksəlib.