Erik Ten Haq ulduz futbolçusunu tənqid atəşinə tutub

Erik Ten Haq ulduz futbolçusunu tənqid edib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, niderlandlı çalışdırıcı :"Markus özünü uşaq kimi aparır. Ftbol psixalogiyası zəifləri əzir. 26 yaşlı bir futbolçu üçün lazımsız hərəkətlər edir. Bədən dili çox önəmlidir. Bu mövzuda ən bacarıqlı futbolçu Bruno Fernandesdir. Reşfordun ondan öyrənməli çox şeyi var. Mövsümün başından bu yana cəmi 5 qol vura bilib. Məncə ən qısa zamanda özü ilə üzləşməli və nələr baş verdiyini dərk etməlidir",-deyib.

Qeyd edək ki, "Mançester Yunayted" bu gün "Mançester Siti"nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.