Eriksen: "Ayaks"a kömək etdik"

Çempionlar Liqasının yarımfinalının "Tottenhem" - "Ayaks" (0:1) görüşündən sonra meydan sahiblərindən Kristian Eriksen açıqlama verib.

Sportline.az xəbər verir ki, futbolçu əllərindən gələnin ən yaxşısını edə bilmədiklərini bildirib.

"Təzyiq altında qaldıq. Əlimizidən gələnin ən yaxşısını edə bilmədik. İlk 20 dəqiqədə, sadəcə, topu seyr etdik. Revanş matçında bunu dəyişdirməliyik. "Ayaks" yaxşı komandadır. Amma onların daha da yaxşı olması üçün kömək etdik. İlk hissədə səhvləimiz çox oldu. Fasilədən sonra yaxşı çıxış etdik".