Erlinq Holand daha bir göstəricidə liderdir

"Mançester Siti"nin hücumçusu Erlinq Holand 2023/2024 mövsümündə Ingiltərə Premyer Liqasının qapıya ən çox zərbə endirən futbolçusudur.

Sportline.az xəbər verir ki, norveçli forvard 46 zərbə ilə siyahıya liderlik edir.

O, ən yaxın izləyicisi Məhəmməd Salahı ("Iiverpul") 8 zərbə ilə qabaqlayır.

İlk üçlüyü 36 zərbə ilə Brunu Fernandeş ("Mançester Yunayted") qapayır.