Erməni qapıçını güllələyərək öldürdülər

Ermənistan “Ararat”ının ikinci komandasının qapıçısı Muşeq Qevondyan güllələnərək qətlə yetirilib.

Sportline.az xəbər verir ki, paytaxt İrəvanın Kanaker-Zeytun rayonunda baş verən atışmada 3 nəfər güllə yarası alıb. Onlardan biri “Ararat”ın üzvü  Muşeq Qevondyan olub. Xəstəxanaya aparılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.