Ermənistan Futbol Federasiyasının prezidenti uğursuz nəticəyə dözmədi
Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib.
Sportline.az xəbər verir ki, yığma komandanın Avro-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə vəzifəsindən gedib.
O, qərarını belə izah edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.
Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, general-mayor olan Vanezyan federasiyaya 2018-ci ilin sentyabrından rəbərik edirdi.