Ərsun Yanalın debütü uğursuz alındı

Türkiyə Super Liqasında 16-cı tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha bir qarışlaşma keçirilib. 

Cari mövsüm uğursuz nəticələri sıralayan "Fənərbağça" yeni baş məşqçisi Ərsun Yanalın rəhbərliyi ilə ilk oyununa çıxıb. Doğma meydanda təşkil olunan oyunda rəqib "Ərzurumspor" kollektivi olub. 

Oyunun gedişində iki top fərqi ilə öndə olan İstanbul klubu əsas vaxta əlavə olunan dəqiqələrdə 3 xalı əldən verib.

"Fənərbağça" - "Ərzurumspor" - 2:2
QOLLAR:
Andre Ayu, 18 (1:0); Martin Şkrtel, 27 (2:0); Əmrah Başsan, 48 (2:1); Lennart Tay, 90+2 (2:2)

Standings provided by Sofascore LiveScore