"Ərzurumspor" Şehiçi ictimaiyyətə təqdim etdi
"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin "Ərzurumspor"a keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, bosniya və herseqovinalı qapıçı ilə 2+1 illik müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, futbolçu ilinə 550 min avro qazanacaq.
Qeyd edək ki, İ.Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.