Əsas millimiz U-21-ə qarşı

Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Sportline.az xəbər verir ki, Nikola Yurçeviçin komandası 21 yaşadək futbolçulardan ibarət seçməmizlə qarşılaşacaq.

Oyunun iyunun 1-də saat 19:00-da başlanacaq. Görüş “Dalğa Arena”da olacaq. Qarşılaşmanı Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edəcək.