"Eştoril"in forvardı millimizə dəvət aldı

Portuqaliya "Eştoril”inin forvardı Renat Dadaşov millimizə dəvət alıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb.

Millinin baş məşqçisi Qurban Qurbanov 19 yaşlı hücumçunu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də evdə  Kosovo, ayın 10-da isə səfərd Malta ilə keçiriləcək görüşlər üçün komandaya dəvət edib.