Əskər Abdullayev seçim edir
Ötən həftə Naxçıvan Futbol Federasiyasinin təşkilatçılığı ilə 13-14 yaşlı futbolçular arasında seleksiya xarakterli turnir keçirilib.
Sportline.az xəbər verir ki, turnirdə fərqlənən istedadlı futbolçular Naxçıvanın əsas komandasına cəlb olunublar. Həmin futbolçularla artıq məşqlərə start verilib.
Naxçıvan Muxtar Respublika Stadionunda təşkil olunan məşqlərdə 24 futbolçu iştirak edir. Futbol Federasiyasının böyük məşqçisi Əsgər Abdullayevin rəhbərliyi altında keçirilən təlim-məşq prosesində daha çox texniki-taktiki məşqlərə üstünlük verilir. Həftədə 5 dəfə keçirilən məşqlər oktyabr ayının 10-dək davam edəcək.
Həmçinin, uşaq yaş qrupları üzrə keçiriləcək çempionat oyunlarında fərqlənən futbolçular da əsas komandaya cəlb olunacaqlar.