Essyen FİFA-2020-nin əfsanələr siyahısında

"Səbail"in futbolçusu Maykl Essyen FIFA-2020-də əfsanələr sırasında yer alacaq.

Sportline.az xəbər verir ki, qanalı yarımmüdafiəçi ilə yanaşı, Zinəddin Zidan, Didye Droqba, Andrea Pirlo, Ronald Kuman, Yan Rayt, Karlos Alberto Torres, Con Barns, Uqo Sançes, Yan Raş, Qarrinça, Kafu, Kenni Dalqliş, Kaka, Tim Keyhill, Pep Qvardiola, Canluka Zambrotta və digər veteranlar da əfsanələr arasında olacaq.

Maykl Essyen ötən mövsümdən "Səbail"də çıxış edir. 36 yaşlı yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda bitir.