Essyenin "Səbail"ə keçidinin səbəbi

Məşhur futbolçu Maykl Essyen “Səbail”ə transferinin səbəbini açıqlayıb.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi deyib ki, Premyer Liqa klubunun təklifi  cəlbedici olduğu üçün bu addımı atıb:

"UEFA-nın tədbiri ilə bağlı Bakı səfərim zamanı "Səbail"in prezidenti ilə tanış oldum.  Mənə burda oynamaqla bərabər məşqçi kimi fəaliyyət göstərməyi təklif etdi və buna təsirləndim. Bu təklif mənim üçün cəlbedici oldu".

Qeyd edək ki, Essyenlə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, həmçinin "Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək. (qol.az)