Eto'o və Droqba bir komandada çıxış etdi

Əfsanəvi futbolçular - Samuel Eto'o və Didye Droqba yoldaşlıq görüşündə çıxış edib. SportLine.az xəbər verir ki, Dakar şəhərində təşkil olunan görüşdə Afrika yığması ilə Seneqalın 2002-ci il Dünya çempionatındakı heyəti üz-üzə gəlib.

2012-ci ildə həyatını itirən seneqallı futbolçu Xules Bokandenin xatirəsinə həsr olunan matç Eto'o və Droqbanın da heyətində yer aldığı Afrika yığmasının qələbəsi ilə yekunlaşıb - 3:2.

Qeyd edək ki, görüşü sabiq futbolçu, Liberiyanın prezidenti Corc Vea da izləyib.