"Qarabağ" "Zirə"yə məğlub oldu

“Zirə” yoxlama oyununda qüvvəsini sınayıb.

SportLine.az-ın xəbərinə görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın əvəzedici komandası ilə üz-üzə gəlib. “Azərsun Arena”da keçirilən görüş “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Mirsahib Abbasov və Sadio Tounkara vurub.