Əvvəlcə Qurbanov, ardınca Doll

Avropa Liqasının qrup mərələsindin, "Qarabağ" - APOEL oyunu öncəsi son məşqlərin və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq.

O, oyundan bir gün əvvəl - oktyabrın 23-də, saat 13:00-da mətbuat konfransı keçirəcək. Saat 17:00-da Azərbaycan çempionunun "Azərsun Arena"da son məşqi baş tutacaq.

Saat 18:15-də isə APOEL-in çalışdırıcısı Tomas Doll jurnalistlər önünə çıxacaq. Nikosiya təmsilçisi son məşqini 19:00-da matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda keçəcək.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək  "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlanacaq.