Əzizov oynadı, komandası 1 xal qazandı
Azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" Hollandiya I Divizionunda növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Utrext" kollektivi olub.
Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Z.Əzizov meydana start heyətində çıxıb və fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, "Den Boş" hazırda 37 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.